Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Həbibin cəzası açıqlandı: 6 ay və 250 min dollar...

Baxılıb: 697     Tarix: 09-10-2018 13:54   

İrlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan rusiyalı Həbib Nurməhəmmədov baş verən insidentə baxmayaraq, öz titulunu qoruyub saxlayacaq.
Qanunvehedef.az TASS-a istinadla xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt bildirib.
“O öz titulunu tamamilə qoruyub saxlayacaq, amma ola bilsin ki, 4-6 ay ərzində yarışlardan uzaqlaşdırılsın”, - Uayt bildirib.
Onun sözlərinə görə, Nurməhəmmədovun həmiçinin 250 min dollara qədər cərimə olunmaq təhlükəsi də var.
Qeyd edək ki, Həbib Nurməhəmmədov qələbəyə görə 2 milyon dollar almalı idi.
Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədərək, onu məğlub edib.
Döyüşdən sonra Nurməhəmmədov onu təhqir edən azarkeşlərin üzərinə hücum edib. Bundan sonra UFC-nin başçısı Konor Makqreqorun komandasına xəbərdarlıq edib, həmçinin Rusiya döyüşçüsünün qonorarını dondurub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar