Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“2019-cu ilin aprel döyüşlərində də qalib gələcəyik”

Baxılıb: 1 017     Tarix: 10-10-2018 23:01   

Səməd İbrahimov: "Ermənilər uduzmaqdan yorulmursa, biz niyə qalib gəlməkdən usanmalıyıq ki?"

Beynəlxalq Əlbəyaxa Döyüş Növləri Assosiasiyasının Azərbaycan Nümayəndəliyinin prezidenti, 6 qat dünya çempionu Səməd İbrahimovun döyüşçü karyerasının qızıl hərflərlə yazılmış səhifələrindən biri də 2009 - cu ilin mart ayında Ukraynanın Xarkov şəhərində keçirilən Əlbayaxa Döyüş üzrə dünya çempionatının finalında erməni döyüşçüsü Karopetyana qalib gələrək məğlub etməsi oldu. Məğlubiyyəti həzm edə bilməyən erməni döyüşçü 4 ay sonra çempionumuzu revans döyüşünə dəvət etmişdi.  Revanş döyüşü həmin ilin avqust ayında Gürcüstan Respublikasının Batumi şəhərində baş tutmuşdu. Səməd İbrahimovun döyüş taktikasına video roliklərdə baxıb diqqətlə izləmiş olan Karapetyan döyüşçümüzə qarşı adekvat taktika yürütməyə çalışsa da, tətbiq etmək istədiyi fəndlər köməyinə çatmadı, yenidən xal hesabına rüsvaycasına məğlub oldu.Səməd İbrahimovun bu günlərdə saytımıza verdiyi məlumata görə, Beynəlxalq Əlbəyaxa Döyüş Növləri Assosiasiyası rəhbərliyindən ona bildirilmişdir ki, iki dəfə məğlub etdiyi erməni döyüşcüsü onunla sonuncu dəfə revans döyüşündə qarşılaşmaq istəyir. Təklifə əsasən, razılaşacağı təqdirdə döyüş 2019 - cu ilin aprel - may aylarında Almaniyanın Xagin şəhərində keçiriləcək.
Səməd İbrahimovdan iki dəfə qalib gəldiyi rəqiblə üçüncü dəfə döyüşə razı olub-olmayacağını soruşduq. İnamlı cavab verdi: “Yeri gəlsə, 10 dəfə də vuruşub qalib gələcəyik, InşAllah. Onlar uduzmaqdan yorulmurlarsa, biz qalib gəlməkdən niyə usanmalıyıq ki? Biz düşməndən qaçmarıq, damarlarımızdan Türk Qanı axır. Nə qədər gücüm var, Vətənimizin üçrəngli bayrağını beynəlxalq arenalarda dalğalandıracağam. Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin idmana olan böyük qayğısı, dəstəyi biz idmançıların üzərinə böyük məsuliyyət qoyur. Ali Baş Komandanımız İlham Əliyevi əmin edirəm ki, 2016-cı ilin aprelində olduğu kimi, 2019-cu ilin aprel döyüşlərində də qalib gələcəyik”.

Orxan Rzazad

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar