Xəbər lenti
Arxiv
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan-Malta matçının hakimləri açıqlandı

Baxılıb: 613     Tarix: 11-10-2018 15:50   

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Malta futbol oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Qanunvehedef.az xəbər verir ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek, onun köməkçiləri isə Tomislav Petroviç və Miro Qrqiç olacaqlar. Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək.
Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar