Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Məmmədov erməniyə qalib gəldi, iki güləşçimiz 1/4 finalda - dünya çempionatı

Baxılıb: 633     Tarix: 26-10-2018 16:08   

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Qol.az xəbər verir ki, yarışın 7-ci günündə Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

60 kq çəkidə Murad Məmmədov təsnifat mərhələsində qırğızıstanlı Kali Süleymanova uduzub - 1:8 

Yarışa 1/16 finaldan başlayan Kamran Məmmədov (67 kq) ermənistanlı Karen Aslanyanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Güləşçimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. O, 1/8 finalda ukraynalı Denis Demyanko ilə qarşılaşıb və 7:3 hesablı qələbə ilə 1/4 finala yüksəlib. 

87 kq çəkidə isə İslam Abbasov 1/16 finalda yamaykalı Lesyan Kusin Otomu ilə qüvvəsini sınayıb. 5:2 hesabı ilə qalib gələn idmançımız 1/8 finalda yunanıstanlı Dimitrios Tsekeridisdən üstün olub - 11:2.

Qeyd edək ki, ötən gün finala yüksələn Eldəniz Əzizli bu gün həlledici görüşdə qazaxıstanlı Jolaman Şarşenbekovla qarşılaşacaq. Rəsul Çunayev isə bu gün bürünc medal uğrunda rusiyalı Əbuyazid Mançiqovla güləşəcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar