Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

UEFA "Qarabağ"dan yazdı:"Artıq itiriləsi heç nə yoxdur"

Baxılıb: 825     Tarix: 02-11-2018 11:18   

UEFA "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmaq şansını dəyərləndirib.
Qol.az-ın xəbərinə görə, qurumun rəsmi saytında Ağdam təmsilçisinin pley-off-a yüksəlmək şansını saxlamaq üçün növbəti turda mütləq Ukraynanın "Vorskla" klubuna qalib gəlməli olduğu vurğulanıb:
"Vorskla" axır ki, 9-cu cəhdindən sonra Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı. Növbəti 3 xal komandaya 1/16 finala vəsiqə uğrunda mübarizəyə qolulmağa imkan verir. "Qarabağ"ın artıq itiriləsi heç nəyi yoxdur. Komanda yer aldığı E qrupunda nə xal toplayıb, nə də qol vurub. Azərbaycan çempionu əvvəlcə səfərdə "Sportinq"ə (0:2), ardından evdə "Arsenal"a (0:3) və "Vorskla"ya (0:1) uduzdu. Poltavalılar Bakıdakı qələbəyədək Londonda "Arsenal"a (2:4) uduzdular, evdə isə "Sportinq"ə (1:2) məğlubiyyətə barışdılar. "Qarabağ" növbəti məğlubiyətlə qrupdan çıxmaq şansını itirəcək".

Qeyd edək ki, "Qarabağ" "Vorskla" ilə  noyabrın 8-də səfərdə qarşılaşacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar