Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Azərbaycan ilk dəqiqələrdən bizi təzyiq altında saxlayacaq"

Baxılıb: 685     Tarix: 17-11-2018 14:55   
“Əlbəttə ki, mən qələbə qazanmağımızı istərdim”.

Qol.az-ın məlumatına görə, bu sözləri Farer adaları millisinin məşqçisi Yohannes Yakobsen yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində millimizlə keçirəcəkləri oyun haqda fikirlərini bölüşən mütəxəssis ilk dəqiqələrdə ehtiyatlı olacaqlarını bildirib:

“Azərbaycan millisi ilk dəqiqələrdən hücuma atılıb, bizi təzyiq altında saxlayacaq. Belədə səhv etmək ehtimalımız çoxdur. Ona görə də ilk 15-20 dəqiqədə qapımızı toxunulmaz saxlamaq önəmlidir. Bundan sonra qələbə haqda düşünmək olar”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları oyunu saat 21:00-da başlayacaq.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar