Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Liderliyi qorumaq asan olmayacaq" - Kosovonun baş məşqçisi

Baxılıb: 698     Tarix: 17-11-2018 15:18   

“UEFA Millətlər Liqasının qrup mərhələsində iki oyunumuz qalıb. Hazırda etibarlı mövqedəyik”.

Qol.az-ın Malta mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernar Şalland deyib. UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Malta ilə keçirəcəkləri oyundan danışan mütəxəssis həm bugünkü, həm də 3 gün sonra Bakıda yığmamıza qarşı matçın çətin keçəcəyini bildirib:

"Həm Malta, həm də Azərbaycanla oyunlarımız ağır keçəcək. Liderliyi qorumaq asan olmayacaq".

Şalland Malta yığmasının ötən ay Bakıda millimizlə 1:1 hesablı heç-heçə etdiyi oyuna da toxunub: "Maltanın Bakıda göstərdiyi oyun məni yaxşı mənada təəccübləndirdi. Açığı, onların uzaq yola görə səfərdə yaxşı nəticə qazanacaqlarını düşünmürdüm”.

Qeyd edək ki, həm Malta – Kosovo, həm də Azərbaycan – Farer adaları matçı bu gün 21:00-da başlayacaq.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar