Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda işçilərə aylardır maaş verilmir

Baxılıb: 720     Tarix: 24-11-2018 15:53   

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq işçiləri çalışdıqları quruma qarşı məhkəmə iddiası qaldırıblar.
Qanunvehedef.az oxu.az-a istinadla xəbər verir ki, Balağa Zamanov, Mikayıl Xaliqov, Nizami Hacıyev və Orxan İmaməliyev iddia ərizəsində federasiyadan dörd aylıq maaşlarını və məzuniyyət pullarının ödənilməsini tələb edib.
Məhkəmə iddianı qismən təmin edib. Qərar belə olub ki, federasiya maaşları ödəsin, məzuniyyət pulları isə ödənilməsin. AGF Nərimanov Rayon Məhkəməsinin bu qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti verib. Hazırda proses davam edir.
Məsələ ilə bağlı AGF-nin baş katibi Orxan Məmmədovla əlaqə saxladıq. O belə bir məhkəmə prosesi olduğunu təsdiqlədi:
"Ötən ilin əvvəllərində bir çox federasiyalarda olduğu kimi, bizdə də müəyyən maliyyə problemləri olmuşdu. Son aylarda bu problem, demək olar ki, qaydasına düşüb. Artıq maaşlar sabit qaydada ödənilir. Sadəcə olaraq keçmiş işçilərimizin maaşları ilə bağlı məsələlər qalıb ki, bununla bağlı da məhkəmə prosesi gedir. Bu barədə tam ətraflı açıqlamanı məhkəmə başa çatdıqdan sonra verə bilərik".
Qeyd edək ki, işçilərin federasiyanı məhkəməyə verməsi barədə xəbəri "Qafqazinfo" yayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar