Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Çempionat qarışdı: "Qarabağ" 6-0 uddu, "Neftçi"...

Baxılıb: 581     Tarix: 09-12-2018 23:19   

Bu gün Topaz Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.
Qanunvehedef.az xəbər verir ki, günün ilk matçında "Sabah" öz meydanında "Keşlə"yə 2:1 məğlub olub.
Hazırda oynanılan matçda "Qarabağ" "Zirə"ni 5-0 məğlub edir. Digər oyunlarda "Qəbələ" "Səbail"in, "Sumqayıt" isə çempionatın lideri "Neftçi"nin qonağıdır.
Qeyd edək ki, bu matçlardan sonra Topaz Premyer Liqasında iki aylıq fasilə olacaq.
***
"Qarabağ" "Zirə"ni 6-0 hesabı ilə məğlub edib. Qolları Dani Kintana (3), Mahir Mədətov, Miçel və Skarlatake (avtoqol) vurub.
***
Çempionatın favoritlərindən olan "Qəbələ" "Səbail"lə qolsuz bərabərə qalıb.
***
"Neftçi" öz meydanında gözlənilmədən "Sumqayıt"la heç-heçə edib. Bununla da çempionatda vəziyyət gərginləşib. Belə ki, indi lider "flaqman"la ikinci pillədə qərarlaşan "Qarabağ" klubu arasında cəmi 3 xal fərq var.



{sape_links}{sape_article}