Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Beşiktaş” azarkeşlərindən kampaniya: Ağdam... - Foto

Baxılıb: 781     Tarix: 17-12-2018 17:25   

İstanbulun “Beşiktaş” klubunun Azərbaycandakı azarkeşləri kənd məktəblərinə yardım kampaniyası təşkil edib.
Qanunvehedef.az xəbər verir ki, kampaniya çərçivəsində ölkənin ucqar bölgələrində yaşayan azyaşlılara humanitar yardım edilməsi nəzərdə tutulub.
Bu il ikinci dəfə təşkil olunan yardım kampaniyasında toplanan vəsaitlər cəbhə bölgəsinə aparılacaq. “Beşiktaş”lılar Ağdamda yaşayan məktəbliləri müxtəlif dərs, geyim və oyun ləvazimatları ilə təmin etmək niyyətindədir.
İanələr əsasən sosial şəbəkələr vasitəsilə toplanır. Yardım etmək istəyənlər Feysbukda “Beşiktaş Azərbaycan” qrupuna müraciət edərək, öz yardımlarını cəbhə bölgəsinə göndərə bilərlər.
Qeyd edək ki, “Beşiktaş”ın könüllü qrupu kampaniya çərçivəsində bu ilin aprel ayında ilk yardımı Daşkəsən rayonunun Şahvələdli kənd ümumi orta məktəbində və kənd ətrafındakı bütün tədris yerlərində oxuyan ibtidai sinif şagirdlərinə edib.





{sape_links}{sape_article}