Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıya uçmaqdan qorxan əfsanəvi məşqçi vəfat etdi

Baxılıb: 833     Tarix: 25-12-2018 11:29   
Slovakiyanın əfsanəvi futbolçusu və məşqçisi Yozef Adamets vəfat edib.
Qanunvehedef.az Report-a istinadən məlumat verir ki, tanınmış mütəxəssis 76 yaşında Trnava şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib. Çexoslovakiya yığmasındakı çıxışı ilə məşhurlaşan veteran hücumçu təyyarədən qorxması ilə də ad çıxarıb.
Bildirilir ki, Y.Adamets Slovakiya yığmasına rəhbərlik etdiyi 1999 - 2002-ci illərdə Mərkəzi Amerikada keçirilmiş turnirə uçmaqdan imtina edib. O, 2000-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla səfər oyununa gələn zaman 5 saatlıq uçuş boyu təyyarənin tavanına baxaraq, dua edib.
Qeyd edək ki, 9 oktyabr 1999-cu ildə Bakıda baş tutmuş Azərbaycan – Slovakiya oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar