Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Antalyada klublarımızı gözləyən afrikalı futbolçular

Baxılıb: 741     Tarix: 28-12-2018 13:29   

Bir neçə qanalı futbolçu karyerasını Azərbycanda davam etdirə bilər.

Qol.az-ın Türkiyənin "Milliyət" qəzetinə istinadən yaydığı xəbərə görə,  bunu afrikalı futbolçuların meneceri Mehmet Ali Gürboğa açıqlayıb.

19-24 yaş aralığında olan 22 futbolçu üç aya yaxındır Antalyada hazırlıq keçir. Formada qalmaq üçün həftədə üç dəfə məşq edən və hər həftəsonu iki yoxlama görüşü keçirən afrikalılar Antalyanı Avropaya çıxış qapısı kimi görürlər. Qananın "Sondisko" klubunun oyunçuları gələn aydan Antalyaya təlim-məşq toplanışına yollanacaq klublarda baxışdan keçmək istəyirlər. Onların arasında Nigeriya və Fil Dişi Sahilindən olan futbolçular da var. 


Mehmet Ali Gürboğa hazırda futbolçuların klubların yollarını gözlədiklərini söyləyib: "Dörd oyunçumuzla maraqlanan klublar var. Həm onlar, həm də digərləri müxtəlif komandalarda baxışdan keçəcək. Qanalı oyunçularımız Rusiya, Qazaxıstan, Azərbaycan, Almaniya, Belçika və Fransa klublarına getməyə çalışacaqlar".

Menecer oyunçuların qiymətlərini ucuz olduğunu bildirib: "Klublar bu istedadlı gənc futbolçuları  məvaciblə də qazana bilərlər.  Onların tək istəyi karyeralarını Avropada davam etdirməkdir. Onları hər klub rəsmisi gəlib izləyə bilər".

Xatırladaq ki, klublarımız yanvarda təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq.шаблоны для dle 11.2