Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Komanda var ki, təklif də alım?" - Arif Əsədov

Baxılıb: 789     Tarix: 08-01-2019 12:38   

"Hazırda AFFA Lisenziyalaşdırma Komissiyasında çalışıram".

Bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov deyib. Son olaraq, birinci divizionda "Sabah"ı çalışdıran mütəxəssis hazırda federasiyada işləyir. Heç bir klubdan təklif almadığını deyən Əsədov 8 komandalı çempionatda iş tapmağın çətin olduğunu söyləyib:

"Heç bir klubdan dəvət almamışam. Hələlik sakitçilikdir. Ümumiyyətlə, komanda var ki, təklif də alım? Premyer Liqada cəmi 8 klub iştirak edir, onların da öz baş məşqçiləri var. Türkiyə variantına gəlincə, heç öz çempionatımızda işləməyə klub tapmırıq".

A. Əsədov U-17 millisinə baş məşqçi təyin olunması ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib: "Belə bir şey yoxdur. AFFA-dan bununla bağlı heç bir təklif almamışam. Ümumiyyətlə, bu, xəbər hardan çıxıb, heç özüm də bilmirəm".

Qeyd edək ki, A. Əsədov 2010-2011, 2014-2015-ci illərdə "Neftçi"nin, 2017-2018-ci illərdə isə "Sabah"ın baş məşqçisi olub. Gənc mütəxəssis 2012-ci ildə U-19 yığmamızı da çalışdırıb.



{sape_links}{sape_article}