Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Şəhriyar Məmmədyarov 50 min dollar qazandı

Baxılıb: 746     Tarix: 09-01-2019 11:24   

FIDE Sankt-Peterburqda keçirilən rapid və blits üzrə dünya çempionatında iştirak edən şahmatçıların qazancını açıqlayıb.
Unikal.org xəbər verir ki, 1 milyon ABŞ dolları təşkil edən mükafat fondundan ən çox pay Maqnus Karlsenə çatıb. Bilitsdə qalib gələn, rapiddə 5-ci yerin sahibi norveçli dünya çempionunun qazancı 116 min 250 dollar olub.
Rapiddə ikinci yerdə qərarlaşan şahmatçımız Şəhriyar Məmmədyarov ən çox qazanan təmsilçimizdir. Onun qazancı 50 min 750 dollar təşkil edir. Rauf Məmmədov 1050, Qədir Hüseynov 437 dollar qazanıb.
Həm rapiddə, həm də blitsdə ikinci olan iranlı Sarasadat Xademalşarieh ən çox qazanan qadın şahmatçıdır. Onun qazancı 69 min dollardır. Qadın təmsilçilərimizdən təkcə Zeynəb Məmmədyarova (2750 dollar) bu siyahıda yer alıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar