Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Simeonenin uda bilmədiyi yeganə əcnəbi komanda – "Qarabağ"

Baxılıb: 1 143     Tarix: 15-01-2019 15:26   

Qol.az-ın məlumatına görə, bu barədə İspaniyanın "90min.com" saytının hazırladığı yazıda bildirilir. Qeyd olunur ki, "Atletiko" fanatları üçün ötən mövsüm Çempionlar Liqasında (ÇL) daha çox "Qarabağ"la oyunlar yadda qalıb. Qrup mərhələsindəki hər iki matçda qalib gələ bilməyən (0:0, 1:1) Madrid təmsilçisi 3-cü yeri tutaraq, ÇL-dən kənarda qalıb. Yekunda isə bu komanda Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, Dieqo Simeonenin rəhbərliyi altında "Atletiko" cəmi 4 komandanı yenməyi bacarmayıb. Digər 3 klub İspaniya təmsilçiləri "Rasinq" (Santander), "Malyorka" və "Jirona"dır. Bunlardan ilk 2-si hazırda aşağı liqada mübarizə aparır. Sonuncusu ilə isə ilk dövrədəki səfər qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb. "Jirona və "Atletiko" arasında İspaniya Kubokunun ilk 1/8 final matçı da eyni hesabla nəticələnib. Bu kollektivlər arasında cavab görüşü yanvarın 16-da Madriddə keçiriləcək. "Atletiko" sabahkı görüşdə qələbə qazansa, Simeonenin komandasına məğlub olmayanların sayı 3-ə enəcək.



{sape_links}{sape_article}