Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

AFFA "Qarabağ"ı cərimələdi

Baxılıb: 868     Tarix: 06-02-2019 15:20   
AFFA İntizam Komitəsi "Qarabağ" klubunun məşqçisi Mario Dobromirovu 1600 manat cərimələyib.
AFFA-dan Qanunvehedef.az-a verilən məlumata görə, buna Dobromirovun "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XV tur matçında hakimlər otağına icazəsiz daxil olması səbəb olub.
İntizam Komitəsi oyun zamanı qırmızı vərəqə alan futbolçuları da cəzalandırıb. 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan Anton Krivotsyuk və 90+2-ci dəqiqədə eyni səbəbdən qovulan Qara Qarayev hərəyə 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. Hər iki kluba 200 manat cərimə də kəsilib.
"Qarabağ" daha 800 manat cəriməni 10-cu dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları səbəbindən ödəyəcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar