Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakı bu müqaviləni niyə uzatdı? – Yeni qazanc…

Baxılıb: 853     Tarix: 18-02-2019 11:57   

Həm Formula-1, həm də Azərbaycan bu yarışın ölkədə qalmasını istəyir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri 2019-cu il 26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula-1 Azərbaycan Qran Prisinə hazırlıqla bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarainin Trend-ə müsahibəsində deyib.
O bildirib ki, müqavilənin daha 3 il uzadılması hər iki tərəfin bu yarışı keçirməkdə maraqlı olduğunu göstərir.
N.Arpadarai əlavə edib ki, Formula-1 yarışının Azərbaycanda keçirilməsinin daha 3 il müddətinə uzadılması bilet satışını yüksəldib:
“Müddət uzadıldıqdan sonra bilet satışının tempində ikiqat artım qeydə alındı. Azərbaycan Qran Prisinə Formula-1 azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Ötən il aprelin sonuna qədər 75 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu il də təxminən o qədər olacaq. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb”.
N.Arpadarai bildirib ki, Formula-1 yarışından yeni gəlir mənbələri tapdıqları üçün yarışın müddətinin uzadılması sərf edir:
“Formula-1-in Azərbaycanda keçirilməsi ilə bağlı ilk müqavilə beş illik idi, yəni yarışlar beş il, 2020-ci ilə qədər mütləq şəkildə Azərbaycanda keçirilməli idi. Ondan sonra artıq hər iki tərəf müqavilənin şərtlərinə yenidən baxa, dəyişikliklər edə, müddəti uzada və ya xitam verə bilərdi.
Biz ilk dəfə müqavilə imzalayanda Formula-1-ə Berni Ekklstounun komandası rəhbərlik edirdi. İndi isə Formula-1-in rəhbərliyi dəyişib, artıq idarəçilik "Liberty Media" şirkətinə məxsusdur. Yeni rəhbərlik siyasəti dəyişib, daha çox azarkeş cəlb etmək üçün başqa bir strategiya seçib.
Biz də artıq neçə ildir Qran Pri keçirdiyimiz üçün bilirdik ki, müqavilənin hansı məqamlarına toxunmaq, onları yeniləmək istəyirik. Bu baxımdan biz də "Liberty Media" ilə birgə çalışaraq, müqavilənin bütün şərtlərini yenidən nəzərdən keçirərək danışıqlara yekun vurduq və müqaviləni növbəti 3 il müddətinə uzatdıq.
Yeni müqavilə bizim üçün daha sərfəlidir, çünki köhnə müqavilədə elə hüquqlar var idi ki, artıq o hüquqlar Azərbaycana aiddir. Həmçinin elə məsələlər var idi ki, onlar işlənməmişdi, indi isə biz Formula-1 yarışından yeni gəlir mənbələri tapmışıq. Bu baxımdan nəticələrlə razıyıq”.шаблоны для dle 11.2