Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xorvatiya millisində ciddi itkilər – Azərbaycanla oyun öncəsi

Baxılıb: 919     Tarix: 20-02-2019 15:16   

AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda millimizi qəbul edəcək Xorvatiya yığmasında zədəli futbolçuların çoxluğu baş məşqçi Zlatko Daliçi narahat edir.

Qol.az-ın yerli “sportske.jutarnji.hr” saytına istinadən yaydığı xəbərə görə, hazırda komandanın heyətində 6 ciddi itki var. 

Maraqlıdır ki, onların beşi müdafiəçi, biri isə qapıçıdır. Yığmanın əsas qolkiperi olan Lovre Kaliniç, müdafiəçilər Şime Vrsalko, Matey Mitroviç, Yosip Pivariç və İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdır. Vrsalko, Pivariç və Lovrenin martın 21-də millimizə qarşı oynamayacağı dəqiqdir. Yerdə qalan 3 futbolçunun isə meydana çıxıb-çıxmayacağı hələ də sual altındadır. 

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar