Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Futbol oyunu qaydalarında dəyişikliklər edilib – SİYAHI

Baxılıb: 565     Tarix: 03-03-2019 20:27   
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında bir sıra dəyişikliklər edib.
“Report”un məlumatına görə, bu barədə qərar IFAB-ın 133-cü illik yığıncağında qəbul olunub.
Dəyişikliklər bunlardır:
1. Qaydalarda əllə oyun dəqiqləşdirilib. Bilmədən əllə oynayan futbolçu qol vursa və ya qol vəziyyəti yaratsa cəzalanacaq;
2. Əvəzlənən futbolçu bütün meydan boyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdır;
3. Komanda nümayəndələrinin qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələrlə cəzalandırılma qaydaları dəqiqləşdirilib;
4. Topa digər komandanın oyunçusu toxunmamışdan əvvəl qapıdan zərbə zamanı topun cərimə meydançasını tərk etməli olduğuna dair qayda ləğv edilib;
5. Hücum edən komandanın oyunçularının canlı sədd qurulmasında aktiv iştiraklarına dair qaydalar təsdiqlənib. İndi onların bunu etmələrinə qadağa qoyulub. Cərimə zərbəsini yerinə yetirən komandanın oyunçuları müdafiə olunan tərəfin qurduğu səddən azı bir metr məsafədə olmalıdırlar;
6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdir;
7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra “mübahisəli top” təyin olunacaq.
Qeyd edək ki, qaydalardakı dəyişikliklər iyunda qüvvəyə minəcək.
Daha əvvəl bildirilirdi ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası martda təsadüfən əl ilə oynamağa görə cəzanın tətbiq olunması məsələsini müzakirə edəcək.шаблоны для dle 11.2