Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Xorvatiyanın Azərbaycanı udması heç nəyi dəyişmir" - Qaret Beyl

Baxılıb: 680     Tarix: 24-03-2019 13:02   
“Seçmə mərhələni lider kimi başa vurmaq istəyirik. Bizə problem yaradacaq səbəb  görmürəm”.  

Qol.az xəbər verir ki, bu sözləri Uels millisinin futbolçusu Qaret Beyl deyib.

AÇ-2020-nin seçmə mərhələsində millimizin də yer aldığı E qrupundakı mübarizələrini dəyərləndirən “Real”ın hücumçusu ölkəsinin mətbuatına açıqlamasında iddialı danışıb:

“Adətən bizi uğursuz adlandırırlar. Amma bukmekerlər heç də həmişə düzgün olmur. Hədəfimiz seçmə mərhələni qrup lideri kimi başa vurmaqdır. Bəli, Slovakiya və Xorvatiya artıq ilk qələbələrini qazanıblar. Amma bu, heç nəyi dəyişmir. Asan qrupda deyilik, böyük turnirlərə çıxmaq çətindir. Lakin biz buna hazırıq”. 

Qeyd edək ki, Uels bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq. Rayan Giqqzin komandası evdə Slovakiya ilə qarşılaşacaq.



{sape_links}{sape_article}