Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Qəbələ" "Sabah"a qarşı - Yenilənir

Baxılıb: 810     Tarix: 01-04-2019 14:34   

Topaz Premyer Liqada 22-ci tura yekun vurulur.

Qol.az-ın məlumatına görə, 31 mart soyqırımı gününə görə turun son iki oyunu məhz bu gün keçiriləcək.

Günün ilk matçında "Qəbələ" öz meydanında "Sabah"ı sınağa çəkir. Bu mövsüm 3-cü yer uğrunda mübarizə aparan əyalət təmsilçisi qələbə qazanıb, "Səbail"lə xal fərqini yenidən 2-yə endirməyə çalışacaq. "Sabah" isə 4-cü dövrəyə uğurlu start verib, qış fasiləsindən sonrakı uğursuzluğu unutdurmaq arzusundadır.

Turun son oyunu isə Sumqayıtda olacaq. Burada şəhərin eyniadlı komandası çempionluq uğrunda yarışan "Qarabağ"ı qəbul edəcək. Ağdam klubu çətin səfərdən itkisiz qayıdıb, lider "Neftçi" ilə xalını bərabərləşdirmək niyyətindədir. Autsayder "Sumqayıt" isə rəqibini məğlub edib, son pillədən yaxa qurtarmağa çalışacaq.

Qeyd edək ki, 22-ci turun ilk 2 oyunu martın 30-da - şənbə günü keçirilib.


Topaz Premyer Liqa
22-ci tur

1 aprel (bazar ertəsi)

14:00. “Qəbələ” – “Sabah” - 0:0 (Birinci hissə)
Hakimlər:
Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər:
Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
Sumqayıt, "Kapital Bank Arena"


30 aprel (şənbə)
“Keşlə” – “Neftçi” - 0:1
Qol: 
Emin Mahmudov, 79-pen

“Zirə” – “Səbail” - 1:2
Qollar:
Ağabala Ramazanov, 41 (0:1), Sezar Rodrigez, 69 (1:1), Şəhriyar Rəhimov, 90+4 (1:2)

NKlublarOQHMT-FX
1Neftçi22146237-1548
2Qarabağ21136241-1845
3Səbail22104826-2234
4Qəbələ2178624-2329
5Sabah21641116-3022
6Zirə22571019-3022
7Keşlə22541321-3319
8Sumqayıt21451216-2917

Bombardirlər

Baqali Dabo ("Neftçi") - 9 qol
Mahir Mədətov ("Qarabağ") - 7 qol
Marko Deviç ("Sabah") -7 qol
Emin Mahmudov ("Neftçi")  - 7 qol
Mirabdulla Abbasov ("Neftçi") - 6 qol
Ceyms Adeniyi ("Qəbələ") - 6 qol
İnnosent Emeqara ("Qarabağ") - 5 qol

 шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar