Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Sabah”dan hakimliklə bağlı AFFA-ya etiraz

Baxılıb: 762     Tarix: 02-04-2019 14:40   

“Sabah” Topaz Premyer Liqanın 22-ci turunun “Qəbələ” ilə oyunundakı hakim qərarları ilə bağlı AFFA İntizam Komitəsinə müraciət edib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Rauf Cabbarovun bəzi qərarlarından narazı qalan debütant Kərim və Coşqun Diniyev qardaşlarına göstərilən sarı vərəqələrin ləğv olunmasını istəyir.
Klubun iddiasına görə, görüşün 67-ci dəqiqəsində “Qəbələ”nin müdafiəçisi Qismət Alıyevin cərimə meydançası daxilində Coşquna qarşı hərəkəti aşkar qayda pozuntusu idi və referi həmin epizodda penalti təyin etməli idi. Hakim isə həmin vaxt “Sabah”ın oyunçusunu simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırıb.

“Sabah”ın digər narazılığı isə 90+1-ci dəqiqədə Kərimə göstərilən 2-ci sarı vərəqə ilə bağlıdır. Paytaxt təmsilçisi R. Cabbarovun oyunun vaxtını uzatdığına görə Diniyevə göstərdiyi “sarı”nın haqsız olduğunu düşünür. Klub iddia edir ki, həmin epizodda meydanda əlavə top olduğu üçün Kərim digər topu kənara vurub.

Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan matçda Coşqun sarı, Kərim isə 2-ci sarıdan qırmızı vərəqə ilə cəzalandırılıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar