Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABB “Yuventus”la birgə layihələrə başlayır

Baxılıb: 673     Tarix: 12-04-2019 12:03   

İtaliyanın “Yuventus” futbol klubunun azarkeşlərinə Azərbaycan Beynəlxalq Bankından maraqlı xəbər var. “Yuventus”un regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla birgə layihələrə start verəcək.
Qanunvehedef.az xəbər verir ki, bu çərçivədə bank və klubun müştərək brendləşdirilmiş (cobrand) debet kartları buraxılacaq. Özəl dizaynla hazırlanmış və üzərində Azərbaycan Beynəlxalq Bankı ilə “Yuventus”un loqoları olan bu kartlarla müştərilər istədikləri kart ödəniş əməliyyatlarını həyata keçirə biləcəklər. Kartların məhdud sayda hazırlandığını və ona böyük müştəri marağını nəzərə alaraq bank yaxın vaxtlarda bu özəl kartların əvvəlcədən satışını elan edəcək. Belə ki, qabaqcadan sifariş edən müştərilər bu kartın ilk sahibləri ola biləcəklər.
Bundan başqa, bankın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyicilər arasında maraqlı müsabiqələr keçiriləcək. Müsabiqə qaliblərinə üzərində “Yuventus”un birinci heyətindəki futbol ulduzlarının orijinal imzaları olan köynəklər hədiyyə ediləcək.
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: “Bu layihələr, düşünürük ki, xüsusilə ölkəmizdəki “Yuventus” azarkeşləri arasında xoş bir sürpriz kimi qarşılanacaq. Regional partnyorluq çərçivəsində reallaşdırdığımız birgə layihələrlə sevimli klublarını “Yuventus” azarkeşləri üçün yaxın və əlçatan edəcəyik”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər