Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Yığma komanda üçün yeni baza - VİDEO

Baxılıb: 789     Tarix: 03-05-2019 15:25   

 

 Azərbaycan kikboksinq federasiyasının nəzdində Fayter 2 klubunun təlim-məşq mərkəzi fəaliyyətə başlayıb.

Bakının Yasamal rayonunda yerləşən məşq mərkəzi eyni vaxtda 50-dən çox idmançının hazırlığına imkan verir.

Məşq üçün zəruri olan avadanlıqlarla təmin olunmuş mərkəzin açılış mərasimində millət vəkili, kikboksinq federasiyasının prezidenti Adil Əliyev, və idman ictimaiyyətinin digər tanınmış simaları iştirak ediblər. 

Federasiyanın bazası kimi fəaliyyət göstərəcək klubun əsas hədəfi yığma komanda üçün layiqli idmançıların yetişdirilməsi olacaq.

Ölkədaxili yarışda özünü təsdiq edəcək kikboksular üçün yığmanın qapısı açıqdır. 

Qeyd edək ki, Fayter 2 klubunun yetirmələri bir sıra beynəlxalq səviyyəli yarışlarda fəxri kürsüyə qalxıblar.

İndiki imkanlar isə daha böyük hədəflər üçün döyüşməyə şərait yaradır.


  •  




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar