Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Baş məşqçi oyunçusunun oruc tutmasına əsəbiləşdi - "Matçın qəzası yoxdur"

Baxılıb: 652     Tarix: 23-05-2019 16:47   

Türkiyə I Liqasında Super Liqaya yüksəlmək üçün ilk yarımfinal oyunları keçirilib.
Qanunvehedef.az milli.az-a istinadən xəbər verir ki, "Adana Dəmirspor" doğma meydanda "Hatayspor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Bu oyunda meydan sahiblərinin hücumçusu Mikael Pote oruclu halda iştirak edib. Qarşılaşmadan sonra Adana təmsilçisinin baş məşqçisi Ümit Ozat futbolçusunun oruc tutmasından narazılığını bildirib:
"Poteyə oruc tutma dedik. Orucun qəzası var, amma matçın qəzası yoxdur. Heç bir şey çörək pulu qazandığın yerdən önəmli deyil. Onunla fərdi söhbət edəcəyəm".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 3 gün sonra Hatayda keçiriləcək.



Son xəbərlər
{sape_links}{sape_article}