Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Arsenal" azarkeşlərindən təxribat: Onlar da ermənidir...

Baxılıb: 686     Tarix: 23-05-2019 17:26   

İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.
Report xəbər verir ki, fanatlar Tvitter sosial şəbəkəsində "Çelsi"nin futbolçuları Nqolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar.
Onlar hər üç futbolçunun erməni olduğu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.
Riçard adlı Tvitter istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.
Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb.
Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.



Son xəbərlər
{sape_links}{sape_article}