Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Daha bir hərbçimiz dünya çempionu oldu

Baxılıb: 590     Tarix: 19-05-2018 19:10   

Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında daha bir idmançımız qızıl medal qazanıb.
 
Müdafiə Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən yarışlarda 77 kiloqram çəki dərəcəsində MOİK nümayəndəsi Həsən Əliyev final görüşündə rusiyalı Çingiz Labazanovla qarşılaşıb. Gərgin keçən görüşdə həmyerlimiz 5-2 hesabı ilə qalib gələrək dünya çempionu adına layiq görülüb.
Qeyd edək ki, H.Əliyev hərbçilər arasında keçirilən dünya çempionatlarında ikinci dəfə qızıl medal qazanır. Bundan əvvəl o, 2016-cı ildə Makedoniyada keçirilən dünya çempionatında birinci yerə çıxaraq fəxri kürsünün ən yüksək pilləsini tutub.
 
82 kiloqram çəki dərəcəsində üçüncü yer uğrunda mübarizədə təmsilçimiz Rafiq Hüseynov almaniyalı R.Şvartzla qarşılaşaraq rəqibini 5-2 hesabı ilə məğlub edib və bürünc medala sahib olub.
87 kiloqram çəki dərəcəsində keçirilən qarşılaşmada həmyerlimiz İslam Abbasov bürünc medal uğrunda mübarizədə Almaniya idmançısı M.Remenspergerlə döşək üzərinə çıxıb. Bu qarşılaşmada da MOİK təmsilçisi 8-1 hesabı ilə qalib gələrək üçüncü yerə yüksəlib.
Beləliklə, hərbçilər arasında keçirilən çempionatda komandamız iki qızıl, üç gümüş və altı bürünc medal olmaqla ümumilikdə 11 medal qazanıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar