Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Oyun zamanı meydana girdi, başına iş açdı

Baxılıb: 632     Tarix: 11-06-2019 12:20   

Fanat məhkəmədə günahını boynuna alıb
Rusiya və San Marino yığmaları arasındakı AVRO-2020-nin seçmə matçında meydana girən azarkeşə 15 sutkalıq inzibati həbs cəzası verilib.
Penza şəhərinin 36 yaşlı sakini rəsmi idman yarışları zamanı azarkeşlərin davranış qaydalarını kobud formada pozmaqda günahkar sayılıb. O, ikinci hissədə meydana atılaraq, yıxıla-yıxıla qaçıb, oyunçular və onu tutmaq istəyənlərlə toqquşaraq özünün və başqalarının həyatına təhlükə yaradıb.
Fanat məhkəmədə günahını boynuna alıb. Ona rəsmi idman yarışlarının keçirildiyi məkanlara iki il giriş müddətinə giriş qadağası qoyulub.
Qeyd edək ki, Saransk şəhərindəki "Mordoviya Arena"da keçirilmiş görüşdə Rusiya San Marinonu 9:0 hesabı ilə məğlubiyyətə uğradıb.(report.az)



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar