Rafael Ağayev məğlub oldu: daha iki medal...
Baxılıb: 544 Tarix: 01-07-2019 12:24
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev "Minsk 2019" II Avropa Oyunlarında yarımfinala yüksəlib.
Report-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı qrup qalibi kimi mərhələ adlayıb.
Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, belaruslu İlya Bulatova 8:0, 3:3 hesabı ilə başa çatan görüşdə Emil Pavlova (Makedoniya) senşu qərarı ilə qalib gəlib. İtaliyalı Ancelo Kresçentso ilə görüşdə isə hesab açılmayıb - 0:0.
Fərzəliyev finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plaxutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.
Bu gün tatami üzərinə çıxan digər karateçilərdən Nuranə Əliyeva (50 kq) hər 3 görüşündə uduzaraq, mübarizəni dayandırıb. Hazırda Rafiz Həsənov (67 kq) və Rafael Ağayevin (75 kq) yer aldığı qruplarda görüşlər keçirilir.
***
Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında mübarizəyə qoşulub.
75 kq çəki dərəcəsində çıxış edən titullu karateçi B qrupunda qüvvəsini sınayıb.
Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə yenən Ağayev Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0.
Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi Avropa Oyunlarının ən azı bürüc mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Rəqib estoniyalı Pavel Artamonov olacaq.
***
Azərbaycan yığmasının karateçisi Firdovsi Fərzəliyev finala vəsiqə uğrunda mübarizə aparıb. İdmançımız yarımfinalda Rusiya təmsilçisi Yevgeni Plakhutinlə üz-üzə gəlib. Qalib gələn F.Fərzəliyev finala vəsiqə qazanıb. O, həlledici görüşdə latviyalı Kalvis Kalninslə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 18:16-da başlayacaq.
Azərbaycan yığmasının karateçisi Rafael Ağayev 75 kq çəki dərəcəsində çıxış edən idmançımız estoniyalı Pavel Artamonovla üz-üzə gəlib.
Qələbə qazanan R.Ağayev finala vəsiqə əldə edib. Bununla da idmançımız ən azı gümüş medalı rəsmiləşdirib. O, həlledici görüşdə ukraynalı Stanislav Horuna ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 18:48-də başlayacaq.
***
Rafael Ağayev finalda Stanislav Horunaya 0:4 uduzaraq, "Minsk 2019" II Avropa Oyunlarını gümüş medalla başa vurub.
Firdovsi Fərzəliyev isə finalda Latviya təmsilçisi Kalvis Kalninsə məğlub olub və gümüş medalla kifayətlənib.
Ən çox oxunanlar
Son xəbərlər