Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Penaltini vura bilməyən futbolçu ÖLÜMLƏ təhdid olundu

Baxılıb: 577     Tarix: 02-07-2019 11:30   

Amerika Kubokunun 1/4 final oyununda penaltini dəqiq yerinə yetirə bilməyən Kolumbiya yığmasının oyunçusu Vilyam Tesilo təhdidlə üzləşib.
Qanunvehedef.az goal.az-a istinadən bildirir ki, Kolumbiya yığması turniri tərk etdikdən sonra fanatlar onu və həyat yoldaşını təhdid etməyə başlayıblar.
"Bəli, bu düzdür, onlar mənim həyat yoldaşıma yazmağa başlayıblar. Onlar mənə də yazıblar, amma hələ heçnə paylaşmamışam", - deyə Tesilo bildirib.
Məlumata görə, naməlum şəxslər futbolçunun həyat yoldaşına Tesilonun digər futbolçu Andres Eskobarın aqibətini yaşaması barədə arzularını göndəriblər.
Xatırladaq ki, futbol üzrə Kolumbiya yığmasının müdafiəçisi Andres Eskobar 1994-cü ildə keçirilmiş dünya çempionatından sonra gecə klubunda güllələnib. Buna səbəb komandanın dünya çempionatında həmin oyunçuya görə məğlub olması olub. Vətənə qayıdan Eskobara fanatlardan biri odlu silahdan 7 dəfə atəş açıb və hər dəfə "qol" - deyə qışqırıb.



{sape_links}{sape_article}