Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

AFFA daha bir futbolçunu milliləşdirir

Baxılıb: 801     Tarix: 03-07-2019 11:52   

AFFA "Kayserispor"un futbolçusu  Hasan Hüseyn Acarı milliləşdirmək istəyir.
Qol.az-ın "Hürriyət"ə istinadən yaydığı xəbərə görə, bu barədə 24 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, AFFA-dan təklif aldığını bildirib. Hasan yığmamızda oynamağa müsbət baxdığını söyləyib:
"Mənə təklif göndərildiyi doğrudur. Bu barədə düşünürəm. Azərbaycan millisində oynamağa müsbət baxıram. Türkiyə millisində oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər".
Qeyd edək ki, Hasan Hüseyin Acar ötən yay “Eskişehirspor”dan “Kayserispor”a keçib. O, ötən mövsüm Türkiyə Superliqasında 17 matçda 3 qol vurub.



{sape_links}{sape_article}