Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Mərhələ adlamaq üçün yaxşı şansımız var" - "Araz"ın baş məşqçisi

Baxılıb: 583     Tarix: 05-07-2019 11:49   

“Çətin qrupda yer aldğımızı deyə bilərəm. “Benfika” Portuqaliya çempionatının qalibidir, özü də onlar pley-off oyununda Çempionlar Liqasının son qalibi “Sportinq”i məğlub ediblər. Nəticələrə əsaslanıb, “Benfika”nın favorit olduğunu vurğulaya bilərəm. Belçika təmsilçisi də güclü komandadır. “Halle Gooik” ardıcıl 3 mövsümdür ki, Belçika çempionu olur. Üstəlik, elit-raunda da yüksəlib. Reytinq cədvəlində də üst sıralarda qərarlaşıb. Həm də qrup oyunlarına evsahibliyi edəcəklər. Ukrayna təmsilçisi də asan rəqib deyil. “Xerson” çempionatlarında aşkar favorit hesab edilən “Uraqan”ı “taxtdan” saldı. Heyətlərində 4-5 braziliyalı oyunçu var. Komandaya ispan baş məşqçi rəhbərlik edir. Bir sözlə, güclü rəqiblərlə qarşılaşacağıq. Bununla rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm. “Araz” da rəqibləri üçün çətin komandadır”.
Qol.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Araz"ın baş məşqçisi Joze Alesio da Silva Çempionlar Liqasının 2019-20 mövsümünün püşkünü dəyərləndirərkən deyib.Braziliyalı mütəxəssis komandasının şanslarını  yüksək qiymətləndirib: “Mərhələ adlamaq üçün yaxşı şansımız var.  Çünki əvvəlki 2 ildən fərqli olaraq bu dəfə A yolunda mübarizə aparacağıq. Deməli, qrupumuzdan 3 komanda elit-raunda yükələcək. Bir qələbə qazanmaqla bu şansı böyük ölcüdə əldə edəcəyik. Digər yandan, heyəti formalaşdırmalıyıq. Hazırda “Araz”ın heyətindəki oyunçuların sayı azdır. Əlbəttə, keyfiyyətli futzalçılarla güclənməliyik. Planlarımız var. Yaxşı hazırlaşmalı, şansımızı qaçırmamalıyıq”.
Qeyd edək ki,  A yolunda yer alan "Araz" “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson”la (Ukrayna) birgə 2-ci qrupa düşüb.
шаблоны для dle 11.2