Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan cüdoçuları İtaliyada bürünc medal qazanıblar

Baxılıb: 632     Tarix: 08-07-2019 11:22   

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında Azərbaycan cüdoçuları komanda yarışlarını bürünc medalla başa vurublar.
“Report” Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, kişi cüdoçularımız Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib.
Millimizlə yanaşı Yaponiya komandası da 3-cü yeri tutub. Koreya 2-ci, Rusiya isə 1-ci olub. Qeyd edək ki, 2 gün əvvəl cüdoçumuz Hidayət Heydərov Universiadanın fərdi yarışlarında gümüş medal qazanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar