Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

GƏNC NƏSLİN İDMANA CƏLB OLUNMASI VƏ ASUDƏ VAXTININ SƏMƏRƏLİ TƏŞKİLİ NAMİNƏ

Baxılıb: 541     Tarix: 23-07-2019 13:12   
 
Samir Rəhimov: “Zaqatala Olimpiya İdman Kompleksinin xidmətindən istifadə edən zaqatalalı gənclər həmişə olduğu kimi, bundan sonra da ölkəmizin idman şöhrətinin artmasına öz layiqli töhfələrini verəcəklər”
Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır. Idmançılarımız beynəlxalq arenalarda uğurlar qazanaraq möhtəşəmn arenalarda dövlətimizin himnini səsləndirir, üçrəngli bayrağımızı yüksəklərə qaldlırırlar. Resüpublikamızın paytaxtı Bakı nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir ki, bu da Azərbaycanda idmanın təbliği ilə yanaşı, həm də turizm sektoruna daxil olan gəlirlərin artmasını şərtləndirir.
Amma əlbəttə ki, Azərbaycanın gəzməli-görməli yerləri çox olduğu kimi, idman infrastrukturunun inkişaf etmiş olduğu əyalətləri də az deyil. Son illər az qala ölkənin bütün rayonlarında olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir. Bu müasir idman qurğuları yerləşdiyi bölgənin gözəl təbiəti ilə vəhdət təşkil edəndə isə daha cazibədar olur. Bütün kriteriləri ilə qonaqların məmnunluğunu qazanan OİK-lərdən biri də Zaqatala Olimpiya İdman Kompleksidir.
Zaqatala şəhərində Olimpiya İdman Kompleksi 2006-cı il aprelin 12-də istifadəyə verilib. Kompleksin birinci korpusunda inzibati bina, ikinci korpusunda 25 metrlik üzgüçülük hovuzu və 130 tamaşaçı tutan idman salonu, üçüncü korpusda isə 350 tamaşaçı yeri olan böyük idman salonu yerləşir. Məşq salonları, yeməkxana və xidmət otaqları da var. Kompleksin qarşısında Bolqarıstanlı mütəxəssislərin layihəsi əsasında inşa edilən 3500 tamaşaçı yeri olan beynəlxalq standartlara uyğun stadion tikilib istifadəyə verilib.
Sonradan idman kompleksinin ərazisində 3 mərtəbəli mehmanxana binası və tennis kortları tikilib. Burada infrastrukturun yaxşılaşdırılmasımna yönəlik işlər indi də davam etdirilməkdədir.
Zaqatala Olimpiya İdman Kompleksinin direktoru Rəhimov Samir Yaşar oğlu bizimlə söhbətində bildirdi ki, Kompleks 2017-ci ildən Gənclər və İdman Nazirliyinin tabeliyinə verilmişdir:
“Kompleksdə sərbəst güləş, basketbol, cüdo, karate, üzgüçülük dərnəkləri, futbol üzrə 1-i qızlardan ibarət olmaqla, 9 uşaq qrupu fəaliyyət göstərir.
Zaqatala Olimpiya İdman Kompleksinə gün ərzində yüzlərlə gənc cəlb olunur. Onlar həm idmanla məşğul olur, həm də asudə vaxtlarını səmərəli keçirirlər”.
Söhbətinin sonunda Samir müəllim əminliklə bildirdi ki, Zaqatala OİK-in xidmətindən istifadə edən zaqatalalı gənclər həmişə olduğu kimi, bundan sonra da ölkəmizin idman şöhrətinin artmasına öz layiqli töhfələrini verəcəklər.
Güllü Nemətqızı,
Minara Vaşiyeva

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar