Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan millisinin baş məşqçisi məğlubiyyət şərhi – “Oyundan razıyam”

Baxılıb: 504     Tarix: 02-08-2019 12:24   

“Mən ilk oyundan razıyam. Çünki başlanğıcda hər şey çətin idi”.
APA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara deyib.
İtaliyalı mütəxəssis 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirdə Dominikan Respublikasının yığması ilə görüşünü şərh edib. O, 0:3 hesablı məğlubiyyətə baxmayaraq, hədəflərinin baxımlı oyunu olduğunu deyib: “Bu, təcrübəlilərlə bir yerdə ilk rəsmi matçımız idi. İkinci hissədə oyunumuzu yaxşılaşdırdıq. Ümumilikdə çox səhvlər etdik. Komanda daha çox xal qazanmaq üçün servis kimi komponentləri yaxşılaşdırmalıdır. Qrupumuzda Braziliya və Dominikan Respublikası güclü yığmalardır. Amma hədəfimiz oyunumuzu daha da yaxşılaşdırmaqdır”.
Qeyd edək ki, Azərbaycan millisi ikinci turda Braziliya ilə oynayacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar