Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Su kanalında tapılan 56 pasporta görə vəzifəli şəxs işdən qovuldu

Baxılıb: 960     Tarix: 17-07-2018 15:05   

Bu ilin iyun ayında İmişli rayonu Sarıxanlı kəndi ərazisində su kanalında tapılmış Azərbaycan vətəndaşlarına məxsus 56 ümumvətəndaş pasportu 12 iyulda müvafiq qaydada aktlaşdırılaraq məhv edilib.

 

Bu barədə  APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən bildirilib.

 

İdarədən qeyd ediblər ki, ümumvətəndaş pasportlarının vaxtında aidiyyəti üzrə təhvil verilməsini təmin etmədiyi üçün təqsirkar əməkdaş intizam qaydasında cəzalandırılıb və tutduğu vəzifədən azad olunub.

 

 

Xatırladaq ki, məsələ ilə bağlı DİN mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, iyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən uşaqlar kanalda içərisində pasportlar olan sellofan aşkar ediblər və həmin sellofanı dərhal İmişli Rayon Polis Şöbəsinə təhvil veriblər. Sellofana baxış zamanı içərisindən 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib, bu sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib: “Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir”.

шаблоны для dle 11.2