Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycanlı yazıçı polis idarəsinə çağırıldı - Səbəb

Baxılıb: 991     Tarix: 02-08-2018 11:27   

Azərbaycanlı milli-mədəni fəal, mühəndis, yazıçı Həmid Yagenepur Marağa Şəhər Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılıb.
Kult.az xəbər verir ki, onun son vaxtlar qələmə aldığı məqalələrə görə polis idarəsinə çağırıldığı bildirilir.
Polis idarəsində bir neçə saat dindirilən fəalın məqalələrindən biri İrandakı ağır iqtisadi vəziyyətlə bağlıdır. Digəri isə İranın Təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərinə qarşı irqçi açıqlamasına cavab olaraq yazılan “Ana dilim mənim qırmızı xəttimdir” adlı məqaləsidir. Məqalədə nazirin açıqlaması kəskin pislənilib və ölkə konstitusiyasına uyğun olaraq, türk dilinin tədris olunması tələb edilib.
Mühəndis Hamid Yagenepur Marağa şəhərində bizneslə məşğul olur. O, şəhər üzrə biznesmen hüquqları müdafiəçilərindən biridir. Azərbaycanlı fəal bundan əvvəl imzatoplama kampaniyası keçirərək, vergilərin əsassız şəkildə artırılmasına etiraz bildirmişdi.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar