Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"İşıq pulu ilə bağlı şübhələr kütləvidir, Ombudsman ciddi araşdırmaya başlamalıdır"

Baxılıb: 840     Tarix: 15-08-2018 15:34   

Belə görünür ki, "Azərişıq" ASC elektrik şəbəkəsinin və buradakı informasiya sistemlərinin auditini aparmaqda maraqlı deyil. Əgər istəmirsə, onda, düşünürəm ki, aidiyyəti dövlət qurumları buna münasibət bildirməlidirlər. Çünki "Azərişıq" təbii inhisar subyektidir".
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün "Facebook" səhifəsində yazıb.
"İnsanların enerjini digər yerdən almaq imkanları yoxdur. Enerji satışı ilə bağlı bütün proseduralar, sərfiyyatı ölçən avadanlıq və onun ölçülməsi, məlumatların ötürülməsi, hesablamalar, bütün satış mərhələləri də yalnız bu qurumun nəzarətindədir. Dövlət nəzarəti yetərli deyil və ictimai nəzarət imkanları məhduddur.
Bu qeyd olunanları və elektrik enerjisindən istifadə ilə bağlı son ayda daxil olan bildirişlərdəki məbləğlə real sərifyyat arasında kəskin uyğunsuzluğun olması ilə bağlı çoxsaylı şikayətləri nəzərə alaraq fikrimcə, aşağıdakıların reallaşdırılması faydalı olardı:
1. Dövlət qurumlarının informasiya sistemlərinin auditinə cavabdeh qurum olan XDMX, həmçinin "eGov" üzrə səlahiyyətli qurum Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi, Energetika Nazirliyi "Azərişıq"ın bütöv şəbəkəsini və "billinq" sistemini audit etməlidir.
Müstəqil ekspertlər və beynəlxalq qurumların da bu prosesə cəlb edilməsi daha doğru yanaşma olardı. Əgər qanunvericilik məcburi auditə imkan vermisə, onda düşünürəm ki, ləngimədən qanunverici baza yenilənməlidir.
2. "Azərişıq"ın mərkəzi serveri və sayğacalar arasında mövcud informasiya şəbəkəsinin iş prinsipi audit olunmalıdır.
3. Şikayətlərin kütləvi olmasını nəzərə alaraq Ombudsman ciddi araşdırma aparmalı və istifadəçilərn hüquqlarını qorumaq üçün tədbirlər görməlidir.
4. "Azərişıq" hər bir istifadəçinin internet üzərindən öz sayğacının məlumatlarına daxil olması və uzaqdan idarəetməsi üçün imkanlar yaratmalıdır.
5. "Azərişıq"da ictimai nəzarət imkanlarını daha yaxşı reallaşdırmaq üçün İctimai Şuranın formalaşdırılması faydalı olardı.
6. "Azərişıq", Açıq Hökumət Platforması və digər aidiyyəti qurumlar, enerji sektorunda uzun illər çalışmış mütəxəssislər elektrik enerjisi istifadəçilərinin ictimai qurumunun formalaşdırılmasına səy göstərməlidirlər.
7. "Azərişıq" öz internet resursunu yenidən qurmalı, mobil texnologiyalardan isifadə etməklə daha əlçatan etməldir və ictimai əhəmiyyət kəsb edən bütün informasiyaları açıqlamalıdr. Şəffaflıq təmin olunmalıdır",-deyə o vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar