Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Roza Zərgərli pulumuzu vermir, bizi hədələyir" - Qalmaqal

Baxılıb: 940     Tarix: 30-08-2018 14:30   

Müğənni Roza Zərgərli ilə "Odlar yurdu" ritm qrupunun rəhbəri Vasif Səmədov arasında qalmaqal yaranıb.
 Qanunvehedef.az bildirir ki, ifaçı İnstaqram səhifəsində qrupla bağlı paylaşımlar edərək, onlara hədə-qorxu gəlib.
"Ya üzr istə yalanına görə, ya da yazışmamızı paylaşacam biabır olacaqsan. Bu ağılı sənə verən də rüsvay olacaq, ağıllı ol. Eşitdiklərimə şok oldum. Özünü kişi sayanlar reklam tutur. Ağzımı açsam, yerlə yeksan olacaqsan", - Roza paylaşımlarında qeyd edib.
V.Səmədov Zərgərli ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib. O bildirib ki, müğənni bir neçə gün əvvəl istirahət mərkəzlərindən birində baş tutan konsertdə qrupu dəvət edib, amma pullarını ödəməyib:
"Dövlət tədbirində bizim çıxışı izlədi, dedi ki, istəyirəm konsertimdə belə açılış olsun. Sonra mənə yazdı, dedim ki, tək deyiləm, qrupda nə qədər uşaq var. Çıxış pulunu ödəmə, amma uşaqların benzin pulu və bəzi xərcləri ödəməliyəm, 200-300 manat verərsən. Konsertə getdik, heç bir "sağ ol" da demədi. Pulu da vermir. Heç kimi təhqir etmirəm, haqqımızı istəyirəm. WhatsApp-da mənə səs atıb, hədə-qorxu gəlir. Mənə vaxt qoyub ki, günortaya qədər video çək üzr istə və İnstaqram-da paylaş. Nə edir etsin, üstümə adam göndərir. Təhqir edirəmsə, nə edir etsin. Mənim dövlətim və qanunum var. Pulumu vermirsən, niyə hədə gəlirsən?
Deyir xeyriyyə konserti idi. Xeyriyyə konserti elə olur? Uduşa maşın qoyub, ofisiantdan su istəyirdin, deyirdi 7 manatdır. Elə xeyriyyə konserti olur? Mən də kasıb adamam, haqqımı ödəsin. Əsəblərim dünəndən korlanır. Camaat elə bilməsin ki, şou edirəm".
R.Zərgərli ilə əlaqə saxlamaq istəsək də, telefona köməkçisi Ramin cavab verib. O, ifaçının burada olmadığını bildirib:
"Roza xanım heç kimə borclu qalmır. Orada pul danışığı olmayıb. Roza xanım Bakıya gələndə mediaya açıqlama verəcək".шаблоны для dle 11.2