Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rusiyanın ən varlı ailə klanları — SİYAHI

Baxılıb: 1 092     Tarix: 07-09-2018 11:51   

"Forbes" jurnalı Rusiyanın ən məşhur və varlı ailə klanlarının siyahısını dərc edib.
Qanunvehedef.az "ölkə.az"a istinadla xəbər verir ki, siyahıya Qutseriyevlər ailəsi liderlik edir. "Safmar" qrupunun sahibləri Mixail Qutseriyev və Said- Salama Qutseriyevin, "Forteinvest"in baş direktoru Said Qutseriyev və "M.video"nun baş direktoru Bilan Ujaxovun ümumi kapitalı 5.97 milyard dollar dəyərindədir.
Ötən il ilə müqayisədə bu ailə klanının sərvəti 3.94 milyard dollar azalıb. Ailənin üzvü Mikail Şişxanovun adı bu il siyahıya düşməyib. Şişxanov aktivlərini iflasın eşiyində olan "Binbank"a yatırmaq fikrinə düşüb. Nəticədə isə bank Mərkəzi Bankın sanasiyasına düşərək dövlətə keçib.
İkinci yerdə Rotenberqlər ailəsi gəlir. Onların ümumi sərvəti 4.85 milyard dollardır (ötən il 4.2 milyard dollar olub). Ailə tərkibi də dəyişib: Boris Rotenberqin oğlu Roman Rotenberqin yerinə siyahıda Arkadiy Rotenberqin qızı Liliya var. Liliya ABŞ sanksiyalarına düşən İqor Rotenberqin aktivlərinin bir hissəsinin sahibidir.
Üçüncü yerdə "İPG Photonics" şirkətinin baş direktoru və direktorlar şurasının sədri Valentin Qapontsev və oğlu Denis var. Onların 3.14 milyard dolları var.
Top onluğun dördüncüsü Şaymiyevlər ailəsidir. Ayrat, Radik və Timur Şaymiyevlərin sərvəti 2.48 milyard dollardır.
İlk onluqda 1.47 milyard dolları olan Nikolay və Kirill Şamalovların da adı var.



{sape_links}{sape_article}