Xəbər lenti
10/10/2024 [13:17]
Sabah yağış yağacaq
Arxiv
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“AL Market” jurnalist övladları üçün müsabiqə keçirdi - Fotolar

Baxılıb: 653     Tarix: 25-09-2024 13:11   

Yüksək keyfiyyət, uyğun qiymət şüarı ilə istehlakçıların gündəlik ərzaq tələbatını daha sərfəli qiymətlərlə təklif edən “AL Market” maraqlı layihələrini davam etdirir.
Bu dəfə Mətbuat Şurası ilə birgə “Məktəbə qayıdış” layihəsi çərçivəsində media nümayəndələrinin övladları arasında esse müsabiqəsi təşkil edilib. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsini nəzərə alaraq “Təbiəti necə qoruyaq” başlıqlı mövzu seçilib. İki mərhələdən ibarət müsabiqənin ilkin mərhələsində uşaqlar təbiəti qorumaqla bağlı düşüncələrini bölüşüb. Yazılar Mətbuat Şurasının yoxlamasından keçdikdən sonra qaliblər “Dream Əyləncə Mərkəzi”ndə açıqlanıb və bütün uşaqlar bolluca əyləniblər.
Müsabiqənin qaliblərini isə “AL Market”dən maraqlı hədiyyələr verilib. 1-ci yerin sahibi İzzət Əliyevə notbuk, 2-ci və 3-cü yerlərin sahibləri Rüqəyya Vəlizadə və Damla Abdulqədirliyə isə planşet hədiyyə olunub. Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market” mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar