Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ABŞ “Qaraquş”u rusların əlindən necə xilas oldu?

Baxılıb: 1 043     Tarix: 03-12-2018 11:32   

ABŞ Hərbi Hava Qüvvələri 4 isveç hərbçisini “SR-71 Blackbird” supersonik qırıcısını sovet xüsusi xidmət orqanlarından xilas etdiyi üçün mükafatlandırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin mətbuat xidməti informasiya yayıb.
İsveç Hərbi Hava Qüvvələrinin polkovniki Lars-Erik Blad, mayor Rocer Moller, mayor Krister Seberq və leytenant Bo İqnoll 28 noyabr tarixində Stokholmdakı ABŞ səfirliyində keçirilən mərasimdə medallarla təltif olunub.
Hadisə isə 29 iyun 1987-ci ildə baş verib. O zaman ABŞ strateji qırıcısı SSRİ sərhədləri yaxınlığında Baltik dənizi ərazisində uçuş həyata keçirib. Əməliyyat zamanı qırıcının iki mühərrikindən biri sıradan çıxıb. İsveç tərəfi SR-71 qırıcısına havadan dəstək verib. Təyyarə Almaniyadakı aerodroma qədər müşayiət olunub. Məhz bu yardım sayəsində ABŞ Hərbi Hava Qüvvələrinin pilotları polkovnik Dueyn Noll və Tom Beltri həyatda qalıb, strateji silahın isə sovet xüsusi xidmət orqanlarının əlinə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, “Lokid SR-71 Blackbird” aviasiya sənətinin zirvəsi hesab olunur. Hazırda Skunk Vords mütəxəssisləri hipersonik SR-72 qırıcısının yaradılması üzərində çalışır.шаблоны для dle 11.2



Ən çox oxunanlar