Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Keşikçi Dağı Məbəd-Kompleksində açıq səma altında muzey yaradıla bilər

Baxılıb: 821     Tarix: 29-04-2019 13:04   

Tbilisidə Gürcüstan-Azərbaycan sərhədində yerləşən David Qareci məbəd kompleksinin (Keşikçi dağı məbədi) inkişaf strategiyasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, yerli bürosu xəbər verir ki, tədbiri Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi, "Europa Nostra" mədəni irsin qorunması təşkilatının Gürcüstan nümayəndəliyi və Şota Rustaveli adına Milli Elm Fondu təşkil edib.
Konfransda David Qareci məbəd kompleksində açıq səma altında muzeyin yaradılması konsepsiyası, abidənin bərpası və inkişafı ilə bağlı tövsiyələr müzakirə olunub.
Tədbirin əsas məqsədi məbəd kompleksinin beynəlxalq səviyyədə araşdırılmasına dəstək vermək və mədəni irs abidəsinin üzləşdiyi problemlərin həlli yollarının tapılması, inkişaf strategiyası və fəaliyyət planının nəzərdən keçirilməsidir.
Konfransda Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze, beynəlxalq ekspertlər, "Europa Nostra" təşkilatının nümayəndələri və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, ötən ilin yanvarında Keşikçi dağı məbədi "Europa Nostra" təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilib. Təşkilatın ekspertləri abidə kompleksinə baş çəkərək tövsiyə və fəaliyyət planı hazırlayıblar.
Məbəd kompleksi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
"Europa Nostra" təşkilatı mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərən Avropa federasiyasıdır. 42 ölkəni əhatə edən təşkilat 1963-cü ildə Parisdə təsis olunub.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar