Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Səngəçal"da "itirilmiş" 62 MVt güc bərpa edildi - VİDEO

Baxılıb: 863     Tarix: 21-05-2019 12:55   
 
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti "Reabilitasiya Proqramı" çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, "Səngəçal" Elektrik Stansiyasında da "itirilmiş" gücün bərpa edilməsi istiqamətində işləri davam etdirir. Qeyd edək ki, ötən ilin payızında qəbul edilən "Peabilitasiya Proqramına" qədər "Səngəçal" Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi.
ASC-nin Mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 MVt "itirilmiş" güc bərpa edilib.
Eyni zamanda, işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri gətirilərək sazlama işləri aparılıb və işə qoşulub.
Həmin işləməyən 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 MVt "itirilmiş" güc bərpa edilib. Bununla da "Reabilitasiya Proqramı" çərçivisində "Səngəçal" Elektrik Stansiyası üzrə itirilmiş gücün bərpası 62 MVt-a çatdırılıb. Ümumilikdə isə ilin sonuna qədər "Səngəçal" ES-də aparılan işlər nəticəsində 90 meqavat "itirilmiş" güc bərpa olunacaq və bununla da Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlığı və dayanıqlığı üçün daha bir addım atılmış olacaq.

 шаблоны для dle 11.2



Ən çox oxunanlar