Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur” - XİN

Baxılıb: 732     Tarix: 08-05-2018 10:35   

Dağlıq Qarabağ kimi münaqişələr regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxarır. Belə münaqişələr Avropa İttifaqından kənarda baş verir”.
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin əməkdaşı, səfir Kamil Xasıyev bildirib.
 
K. Xasıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan torpaqlarının işğalı pislənilib, ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunub: “BMT Baş Assambleyası da bu məsələ ilə bağlı 3 sənəd qəbul edib. Bundan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM da eyni mövqedədir. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib, bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmuş yüz minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”.
 
K. Xasıyev qeyd edib ki, təmas xəttindəki yaşayış məntəqələri atəşə tutulur, hərbiçilərlə bərabər mülki şəxslər də hədəf olur: “2016-cı ilin aprelində azərbaycanlı uşaqlar da hədəf olub, həyatını itirib”.шаблоны для dle 11.2