Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dövlət qulluğuna qəbul üçün müsahibələr bu tarixdə keçiriləcək

Baxılıb: 717     Tarix: 12-05-2018 17:17   

Dövlət İmtahan Mərkəzi tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 14 mart 2018-ci il tarixində elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Bu barədə Qanunvehedef.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata əsasən, müsahibələrin mayın 17-18-də keçirilməsi nəzərdə tutulub.
Namizədlərlə ümumi müsahibələr Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binasında keçiriləcək. Ümumi müsahibələrin Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və məhkəmə orqanları üzrə elan edilmiş vakant vəzifələri əhatə edir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr üzrə daha çox rəqabət Azərbaycan Respublikasının Maliyyə Nazirliyin aparatı, Maliyyə xidmətləri üzrə siyasət şöbəsi, Maliyyə xidmətləri üzrə siyasət və büdcə proqnozu sektoru aparıcı məsləhətçi vəzifəsi üzrə müşahidə edilir. Belə ki, həmin vəzifənin tutulması məqsədilə 1 vakant yer üzrə 10 namizədin müraciəti qeydə alınmışdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar