Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qonağı kürəyindən BIÇAQLADILAR

Baxılıb: 627     Tarix: 24-08-2019 09:51   

Bu gün axşam saatlarında İsmayılı rayonu Quşence kənd sakini, 1971-ci il təvəllüdlü Şükran Sahib oğlu Qəhrəmanov Şəkidə bıçaqlanıb.
Unikal.org xəbər verir ki, o, bədənin sol kürəkaltı nahiyədən döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tibb müəssəsindən bildirilib ki, Ş.Qəhrəmanovun üzərində cərrahiyyə əməliyyatı
aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır 
qiymətləndirilir.
Bildirilir ki, Ş.Qəhrəmanov ailə üzvüləri və yaxınları ilə birlikdə tanışlarının toy məclisində iştirak etmək üçün İsmayıllı Şəki rayonunun Şəki kəndinə qonaq gəliblər. Toy mərasimində iştirak edib geri qayıdan zaman tanımadığı şəxslər qonaqların olduğu maşını saxlayıb və mübahisə ediblər.
Mübahisə zamanı maşının qabağını kəsən şəxslərdən biri əlində olan bıçaqla Ş.Qəhrəmanovun kürək nahiyəsindən bıçaqlayıb.
Faktla bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırma aparılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar