Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda yoxa çıxan 82 yaşlı qadın tapıldı

Baxılıb: 722     Tarix: 25-05-2018 12:33   

Mayın 23-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub.Qanunvehedef.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər. Məlumat aidiyyatı üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
 
Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib. Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər. Ailəsinə təhvil verilən qadının yaxınları müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə qanun keşikçilərinə minnətdarlıqlarını  bildiriblər.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar