Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurdu

Baxılıb: 560     Tarix: 03-09-2019 10:54   

Binəqədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib.
Qanunvehedef.az apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib.Belə ki, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb. R.Mahmudova 14 bıçaq xəsarəti alıb.
Daha somra S.Quliyev baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub. Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.
Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Həkimlərin APA-ya verdiyi məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirib və onun vəziyyəti ağırdır.
Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar