Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qusarda avtomobili ağaca çırpılıb – Öən və yaralılar var (VİDEO)

Baxılıb: 686     Tarix: 04-09-2019 13:28   

Qusar rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Atluxanoba kənd sakini, Zeynulla Cəbrayılov idarə etdiyi “Mercedes-190″ markalı avtomobillə Xudat-Qusar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə, sürücü və avtomobildə olan sərnişinləri – Atluxanoba kənd sakinləri, Elina Sevzixanova, Gülmirə Babayeva, Pərvanə Babayeva və Mina Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq, yaralılardan P.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar